Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq

14 Oktyabr 2015 16:25 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 15-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 16-19 dərəcə isti olacağı gözlənilir.


Oktyabrın 14-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.


Qeyd edək ki, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 17-dək davam edəcək.