"Azəri-Çıraq-Günəşli" üzrə yeni müqavilə ilin sonunadək imzalanacaq

14 Oktyabr 2015 16:32 (UTC+04:00)

SOCAR və tərəfdaşları arasında Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokunun işlənməsi üzrə müqavilənin imzalanması cari ilin sonunadək baş tutacaq.


Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.