Suriyada Ukraynalı jurnalist qaçırılıb

16 Oktyabr 2012 19:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Ukraynalı jurnalist Anhar Kançeva Suriyanın Humus şəhərinə 20 kilometr uzaqlıqdakı Əl-Kuşeyri qəsəbəsində qaçırılıb.

Kançeva "Utro.ua" adlı internet qəzetində çalışırdı. Son dəfə 22 sentyabrda Şam hava limanından ölkəyə daxil olan Konçeva, 10 oktyabrda yaxınlarına qısa mesajla qaçırıldığını söyləmişdi."Ukrainskaya Pravda"nın verdiyi xəbərə görə," Rus Ria Novosti"yə danışan Rusiyanın Şam səfirliyi Mətbuat Attaşesi S. Markov ukraynalı jurnalist Anhar Konçevanın qaçırıldığını söyləyib.Ukrayna Xarici işlər nazirliyindən edilən şərhdə hadisə "Rus kanalına Tərcümə edən Anhar Konçeva qaçırılıb" deyilərək təsdiqləndi. Dövlət başçısı Viktor Yanukoviç'in, Anhar Konçevanın tapılması üçün şəxsən təlimat verdiyi bildirilir.