Azərbaycanda bütün binaların seysmoloji vəziyyəti yoxlanılacaq

14 Oktyabr 2015 18:00 (UTC+04:00)

"Həm hündür, həm orta, həm də aşağı mərtəbəli binaların seysmoloji vəziyyəti yoxlanılacaq". Movqe.az-ın məlumatına görə, bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, bununla bağlı yaxın günlərdə Almaniya ilə protokol imzalanacaq: "Bu iş üçün maliyyəni Almaniya ayıracaq. Xüsusi cihazlar alınacaq, eyni zamanda, bizim əməkdaşlarımıza Almaniyada treninqlər keçiriləcək".

Q. Yetirmişli qeyd edib ki, binaların seysmoloji vəziyyətinə ətraf mühitin, yeraltı proseslərin, tikinti materialların təsiri öyrəniləcək.