Ankara məhkəməsi terror aktı ilə bağlı xəbərlərin yayılmasına qadağa qoyub

15 Oktyabr 2015 10:15 (UTC+04:00)

Ankara məhkəməsi oktyabrın 10-da Türkiyə paytaxtında baş verən terror aktı ilə bağlı xəbərlərin yayılmasına qadağa qoyub.

Movqe.az-ın Hurriyet qazetinə istinadən verdiyi məlumata əsasən, qərar dərhal qüvvəyə minib, Türkiyə KİV-ləri bu barədə məlumatlandırılıb.


Məhkəmənin qərarına əsasən, qadağa televiziya, radio, mətbuat, İnternetdə bütün növ xəbərlər, məqalələr və müsahibələrə şamil edilir.