Dövlət Pantomima Teatrında “Ora-Bura” tamaşasının premyerası olacaq

15 Oktyabr 2015 11:40 (UTC+04:00)

Oktyabrın 17-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində teatrın aktyoru Bəhruz Əhmədlinin "Ora- Bura" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.


Teatrın mətbuat xidmətindən bildiriblər ki, səhnə əsərinin ideya müəllifi və quruluşçu rejissoru Bəhruz Əhmədlidir. Tamaşada rolları Əməkdar Artist Elman Rəfiyev, aktyorlar Elnur İsmayılzadə, Əli Əlizadə, Nurlan Rüstəmov və Solmaz Bədəlova ifa edəcəklər.


Qeyd edək ki, tamaşasının mövzusu insan taleləri, münasibətləri və xatirələri haqqındadır. Səhnə əsərində hadisələr avtobus dayanacağında cərəyan edir. İki kişi və bir gənc qadın əllərində çamadan səbirsizliklə avtobus gözləyir. Avtobusun yubanması onların çamadanda özləri ilə götürdükləri keçmişlərinin, dünyagörüşlərinin açılmasına şərait yaradır.