DİN-dən və Səhiyyə Nazirliyindən insanları WhatsApp vasitəsilə təşvişə salan mesajlarla bağlı-AÇIQLAMA

15 Oktyabr 2015 13:32 (UTC+04:00)

Daxili İşlər Nazirliyi bu gün mobil telefonlara WhatsApp vasitəsilə 3-12 yaşlar arası 12 nəfər uşağın dərmanlardan zəhərlənərək öldüyünü əks etdirən təşvişedici məlumatların göndərilməsini araşdıracaq. Movqe.az-a bu barədə açıqlama verən Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov hələki hüquq mühafizə orqanlarına müraciət daxil olmadığını söyləyib: "Bizə hansısa WhatsApp istifadəçisi belə bir məlumatla bağlı müraciət edərsə, bu məlumatdan təşvişə düşdüyünü bildirərsə, təbii ki, bu məsələ araşdırılacaq. Bu mesajların kimlər tərəfindən göndərildiyi üzə çıxarılacaq".


Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Azərbaycanda istifadəçilərinə dəhşətli məlumat daxil olmağa başlayıb. İnformasiyada bildirilir ki, 3-12 yaşlar arası 12 nəfər uşaq qəfildən keçinib. Elanda uşaqların qəfil ölümünə səbəb olan dərmanların siyahısı da verilib. Amoksiçilin ( Амоксициллин), Kapesula ( Капесула), Ubuprofen, Alklofenak, Sumamed, İnqalipt, Аntisept, İnflyusid, uşaq Panadolu, Sanasol. Uşaqların ölüm səbəbi kimi onlara verilən Amiksloçin, Ubprofen, Alklofenak, İnqalipt, Antisept, İnflyuçid, Uşaq Panadolu, Sanasol dərmanları göstərilib. Elanın mətnində qeyd olunub ki, uşaqların hamısı dərman preparatından baş verən allergiyanın qurbanı olub: "Reaksiya o qədər ciddi olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq olmayıb. Onlar ya evdə, ya da xəstəxana yolunda keçiniblər. Hazırda polis iş üzrə araşdırma aparır, amma bütün dərman preparatlarını satışdan götürmək mümkün olmayıb. Məlum olub ki, uşaqların qəbul etdiyi bütün dərman vasitələri ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib və təhlükəli saxta məhsuldur".


Movqe.az qeyd olunan məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən verilən xəbərə görə, bu informasiyalar əassızdır və insanlar arasında təşviş yaratmaq üçün yayılıb: "Səhiyyə Nazirliyi ölkəya daxil olan bütün dərman peraparatlarına tam nəzarət edir. Onların tərkibi, istifadə müddəti daima bizim diqqətimizdədir. Siyahıda adı keçən dərmanlar bu gün də apteklərdə satılır və heç kim bununla bağlı bir şikayət bildirməyib. Yayılan məlumatların heç bir əsası yoxdur."


Qeyd edək ki, elanın mətni aşağıdakı kimidir: