Azərbaycan əhalisinin sayı 9 666 min nəfərə çatıb

15 Oktyabr 2015 15:00 (UTC+04:00)

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73 min nəfər və ya 0,8 faiz artaraq 2015-ci il sentyabrın 1-i vəziyyətinə 9 666 min nəfərə çatıb.Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.