Qar yağacaq

15 Oktyabr 2015 15:10 (UTC+04:00)

Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, yarımadanın bəzi yerlərində intensiv olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Movqe.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturu gecə 12-14, günün birinci yarısında 15-17, axşama doğru isə 12 dərəcəyədək isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, bəzi dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Nazirlikdən həmçinin bildiriblər ki, oktyabrın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.