İlin ən qəddar cinayətini törədən qızla bağlı qərar verildi

15 Oktyabr 2015 18:30 (UTC+04:00)

Bacısının başını kəsən qızın məhkəməsi qapalı olacaq. Movqe.az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il ilin ən qəddar cinayətini törətməklə yadda qalan Pərvanə Nuriyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə hakim Eldar İsmayılov sədrlik edib.

 hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Zərərçəkmiş Etibar Nuriyev məhkəmə baxışının qapalı keçirilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Rafiq Quliyev zərərçəkənin fikrini dəstəkləyib və məhkəmənin qapalı keçirilməsini xahiş edib.

Bundan sonra hakimlər müşavirəyə yollanıb. Müşavirədən sonra məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edib. Hakim məhkəmənin qərarını elan edəndə Pərvanə Nuriyevanın qətli anlaqsız vəziyyətdə törətdiyini vurğulayıb.

Bundan sonra məhkəmə baxışı oktyabrın 20-nə təyin olunub.