Ermənistanda 50 məhkum aclıq elan etdi

15 Oktyabr 2015 19:20 (UTC+04:00)

Ermənistanın ən böyük həbsxanası sayılan "Nubaraşen"də aclıq elan edən məhkumların sayı 50 nəfər çatıb.Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, aclıq elan edənlərin əksəriyyəti ömürlük azadlıqdan məhrum olunublar və barələrində çıxarılan məhkəmə hökmünün dəyişdirilməsini tələb edirlər.Onların səhətinin normal olduğu bildirilir. Məhkumlar Ermənistan prezidenti Serj Sarkisyana da müraciət ünvanlayıblar.