İlham Əliyev Qazaxıstana getdi

15 Oktyabr 2015 22:35 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində keçiriləcək iclasında iştirak etmək üçün oktyabrın 15-də bu ölkəyə işgüzar səfərə gedib.  Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Kokşetau şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Azərbaycanın dövlət  başçısını yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.