Bakıda daha bir intihar cəhdinin qarşısı alınıb

16 Oktyabr 2015 10:10 (UTC+04:00)
Bakıda intihar cəhdinin qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı  xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda bir nəfər kərpicdən tikilmiş 20 metrlik qülləyə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Xilasedicilər tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib.