Dünya birjalarında neft bahalaşıb

16 Oktyabr 2015 09:15 (UTC+04:00)
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,57 dollar artaraq 46,95 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,45 dollar artaraq 50,18 dollar olub.