Oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt
marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində
dəyişiklik ediləcək. Movqe.az-a "Azərbaycan Dəmir Yolları"
QSC-dən verilən xəbərə görə, son vaxtlar artan sərnişin
sıxlığını və sərnişinlərin təkliflərini nəzərə alaraq,
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının
intensivliyi artırılıb, reyslər arasındakı intervallar azaldılıb.
Elektrik qatarları gün ərzində 20 reys edəcəklər: 10-u
Bakı-sərnişin stansiyasından Sumqayıt - sərnişin stansiyasına, 10-u
isə əks istiqamətə.
Beləliklə, oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt elektrik
qatarları Bakı sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35,
05:50, 08:30, 16: 00, 17:35, 18:30, 19:00 və 19:50-də, Sumqayıt
sərnişin stansiyasından 07:00, 07:30, 07.45, 08: 00, 09:30, 17:10,
18:40, 20:00, 20:50 və 21:20-də yola düşəcək.
Hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna
görə, Bakı sərnişin stansiyasından saat 05:00-da və 05:20-də,
Sumqayıt sərnişin stansiyasından isə saat 07:00-da və 07:30-da yola
düşən elektrik qatarları hərəkətdə olmayacaq.
Sərnişin sıxlığı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən
elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV
vasitəsilə vətəndaşlara məlumat veriləcək