Bakı metrosu ilin əvvəlindən 162 mln. nəfərdən artıq sərnişinə xidmət göstərib

16 Oktyabr 2015 12:20 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən movqe.az-a verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artaraq 162,4 mln. nəfərə çatıb.

Qeyd edək ki, nəqliyyatçılar 1 mlrd. 380 mln. sərnişinə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 11,8%-i metro ilə daşınıb.