Çin, milyarder sayında ABŞ-ı keçib

16 Oktyabr 2015 13:20 (UTC+04:00)

Dollar milyarderlərinin sayı Çində 596-ya çatıb. Çin bu rəqəmlə, 537 dollar milyarderi olan ABŞ-ı geridə qoyaraq ilk dəfə zirvəyə çıxıb. Çinin Şanxay şəhərində çap olunan biznes, iqtisadiyyat və araşdırma jurnalı "Hurun Report"un açıqladığı məlumatlara görə, Çindəki milyarderlərin sayı, ötən ildən bu yana 242 nəfər artıb. Dünyanın ən böyük ikinci iqtisadiyyatı olan Çin, 537 milyaderin olduğu ABŞ-ı geridə qoyaraq ilk dəfə zirvəyə çıxıb. Hesabata görə, Çinin 2014 ildəki "varlılar siyahısında" birinci yerdə olmuş elektron ticarət nəhəngi Alibaba-nın qurucusu Jack Ma ikinci pilləyə geriləyib. Siyahıda bu il birinci yerdə ölkənin ən böyük daşınmaz əmlak şirkəti "Dalian Wanda Group"n sahibi Vang Cianlin-in olduğu açıqlanıb. İspaniyanın futbol komandalarından biri olan Atletico Madrid Klubunun səhmlərini bu ilin əvvəlində satın alaraq Avropa futbol klubuna sərmayə qoyan ilk Çinli şirkət olan "Dalian Wanda Goup"un sahibi Vang-ın sərvətinin 34,4 milyard dollar (218 milyard yuan) olduğu qeyd olunub. Alibaba-nın səhmlərini ABŞ-da investorlara sataraq dünya tarixinin ən böyük birjaya girişini edən Jack Ma-nın 22,7 milyard dollar sərvəti var. Onun sərvəti 3% azalıb. Siyahıda üçüncü yeri içki nəhəngi "Wahaha" qrupunun sahibi Zong Çinghou 21 milyard dollar sərvəti ilə tutub. Ölkədə geniş istifadə edilən taksi çağırma tətbiqi "DidiKuaidi"nin rəhbəri Çıng Vey-in 15 milyard dollar sərvəti ilə bu il siyahıda ilk yerlərə yüksəlməsi diqqəti çəkib.