MDB Dövlət Başçıları Şurasının iclasında 17 məsələ gündəmdədir

16 Oktyabr 2015 13:30 (UTC+04:00)

Qazaxıstanın Akmola vilayətinin Burabay qəsəbəsində MDB Dövlət Başçıları Şurasının iclası qısa tərkibdə öz işinə başlayıb. Trend-in "Belta"ya istinadən verdiyi məlumata görə, hazırda sammitdə yalnız Birliyin dövlət başçıları iştirak edirlər. Ardından iclas geniş tərkibdə davam etdiriləcək. Sammitin gündəliyində 17 məsələ var. Onlar arasında beynəlxalq terrorçuluqla mübarizə, hərbi və sərhədyanı əməkdaşlığın möhkəmləndirilməsi və s. məsələlər yer alıb.