MDB dövlətlərinin başçıları beynəlxalq terrorizmlə bağlı bəyanat imzalayıblar

16 Oktyabr 2015 14:14 (UTC+04:00)

MDB iştirakçı dövlətlərinin başçıları beynəlxalq terrorizmlə bağlı bəyanat imzalayıblar. Bu barədə Movqe.az RİA Novosti-yə istinadən məlumat verir.


MDB sammiti Qazaxıstanda keçirilir. Sammitin gündəmində 17 məsələ var. Onlar arasında beynəlxalq terrorçuluqla mübarizə, hərbi və sərhədyanı əməkdaşlığın möhkəmləndirilməsi və s. məsələlər yer alıb.