Azərbaycanda bir neçə rayonun prokuroru işdən çıxarılıb
17 Oktyabr 2012 13:29 (UTC+04:00)
Daha bir neçə rayonun prokuroru işdən çıxarılıb. Ağcabədi rayon
prokuroru Həsən Mirzəyev, Lerik rayon prokuroru Salman Səmədov,
Saatlı rayon prokuroru Valeh Vəliyev səlahiyyət müddətlərinin başa
çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək sərəncama
götürülüblər. Ağcabədi rayon prokurorunun vəzifəsini Ərəstun
Quliyev, Lerik rayon prokurorunun vəzifəsini Natiq Abdullayev,
Saatlı rayon prokurorunun vəzifəsini isə Əlimirzə Əliyev icra
edir.
Qeyd edək ki, bu il respublika üzrə 20-dək rayon prokurorunun
səlahiyyət müddəti başa çatır. Bundan əvvəl Sabirabad rayon
prokuroru Seyfulla Aslanov, Şamaxı rayon prokuroru Füzuli Musayev,
Oğuz rayon prokuroru Afər Nəsirov və Balakən rayon prokuroru Vəli
Əhmədov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar
tutduqları vəzifədən azad ediliblər.
Ağdaş rayon prokuroru Mirələkbər Seyidov Baş Prokurorluq üzrə
müvafiq əmrlərin tələblərinin kobud pozulması hallarına yol
verdiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb.
Şamaxı rayonunun sabiq prokuroru Füzuli Musayev Lənkəran rayon
prokurorunun köməkçisi, Oğuz rayonunun sabiq prokuroru Afər Nəsirov
Yevlax rayon prokurorunun köməkçisi, Sabirabad rayonunun sabiq
prokuroru Seyfulla Aslanov isə Baş Prokurorluqda idarə prokuroru
təyin edilib.