"Neftçi"dən ardıcıl 4-cü qələbə

16 Oktyabr 2015 19:30 (UTC+04:00)

"Neftçi"-nin U-14 komandası Rusiyanın Krasnodar şəhərində keçirilən "Dəri top" turnirində ardıcıl 4-cü qələbəsini qazanıb.

Movqe.az Goal.az-a istinadən məlumat  verir ki, "Neftçi" bu gün Krasnodarın "Nadejda" klubunu 3:2 hesabı ilə məğlub edib. Komandamızın qollarından ikisini Abdulla Rzayev, birini isə Musa Qurbanlı vurub.

Xatırladaq ki, bundan əvvəlki oyunlarda Tacikistanın "Umed" (3:0), Rusiyanın "Puls" (2:1) və Moldovanın "Spiru Xaret" (4:1) klubunu məğlub etmiş "Neftçi" sabah qrupdakı son matçında "Qudauta" (Abxaziya) ilə qarşılaşacaq.