Türkiyəli müğənnini öldürənə ən ağır cəza verildi

17 Oktyabr 2015 00:30 (UTC+04:00)

TRT səbətçisi Hatice Kaçmazın keçən il 15 bıçaq zərbəsi ilə qətlə yetirən şübhəli şəxs Orhan Munis ömürlük həbs cəzası verilib.

Movqe.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, məhkəmədə şübhəli şəxs, H.Kaçmazın ailəsi və vəkilləri iştirak edib. Ailə Orhana verilən ömürlük cəzanın ağırlaşdırılmış şəraitdə olan həbsxanada çəkməsini istəyərək ən ağır cəzanı tələb ediblər.


Müğənni H.Kaçmazın atası qızının məzarının üstünə hər gün getdiyini deyib. O.Munis isə etdiklərindən peşman olduğunu dilə gətirib.


Sonda məhkəmə qararını açıqlayaraq heç bir dəyişiklik olmadan ömürlük həbs cəzasına qərar verib.