"Onu ya sevirsən, ya nifrət edirsən"

16 Oktyabr 2015 23:30 (UTC+04:00)

Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker "Real"ın ulduz futbolçusu Ronaldo barədə fikirlərini bölüşüb.Movqe.az Goal.az-a isitnadən məlumat verir ki, Şuker portuqal hücumçunu bəyəndiyini bildirib.

"Futbolda statistika çox vacibdir. O, sadəcə rəqəmlərdir və buna etiraf etməyə dəyməz. Bu mövsüm Kriştianu üçün xüsusi olacaq. Ronaldo ilə münasibətdə orta mövqe tutmaq olmur. Ya onu sevirsən, ya da nifrət edirsən. Özüm ona böyük simpatiya bəsləyirəm. Həqiqətən sevdiyim isə futboldur. Yaxşı futbol".