Azər Axşam və Mətanətin yeni verilişindən ilk video

17 Oktyabr 2015 14:40 (UTC+04:00)

ATV telekanalında yeni axşam şousu başlayır.

Movqe.az-ın məlumatına görə, proqramı aparıcı Mətanət Əliverdiyeva və şoumen Azər Axşam təqdim edəcək. "Hər axşam" adlanan şounun artıq anonsu da yayılıb.

Cütlüyün yeni proqramı həftəiçi beş gün saat 19:00-dan 21:00-a kimi efirdə olacaq.


Qeyd edək ki, bir müddət əvvəl yeni layihədən danışan A.Axşam bunun fərqli şou olacağını iddia etmişdi:

"Partladacayıq, məhv edəcəyik. Serialdakı rolumuz yaxşı alındı. Dedik ki, bunu verilişdə də edək. Maraqlı şou olacaq. Çünki belə bir veriliş hələ olmayıb. İki aparıcının olacağı şounu çoxdan arzulayırdım".


M.Əliverdiyeva isə "Yarışma tipli proqramdır. Tamaşaçılar hədiyyələr qazanacaq" demişdi.