PKK Türkiyədə aeroporta hücum etdi

17 Oktyabr 2015 20:00 (UTC+04:00)

Türkiyənin Hakkari vilayətində aeroporta silahlı hücum edilib.

Movqe.az-ın "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hücumu terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvləri törədiblər.

Məlumata görə, aeroportun binası xeyli ziyan görüb. İnsident nəticəsində heç kim xəsarət almayıb.