Türkiyə Şimali Kiprə içməli su verməyə başladı

18 Oktyabr 2015 09:30 (UTC+04:00)

Şimali Kipri Türkiyədən içməli su ilə təchiz edəcək boru kəmərinin işə salınması mərasimi keçirilib. Bu barədə Movqe.az "TRT Haber" telekanalına istinadən məlumat verir.

Boru kəmərinin tikintisi 2011-ci ildə başlayıb. Onun uzunluğu 107 kilometrdir.

Layihəyə əsasən, Şimali Kipr bu boru kəməri vasitəsilə hər il 75 milyon kubmetr su alacaq.