Türkiyədə daha üç hərbçi şəhid olub

18 Oktyabr 2015 13:00 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin oktyabrın 17-də ölkənin Dağlıca bölgəsində və ətraf ərazilərdə keçirdiyi antiterror əməliyyatları zamanı üç türk hərbçisi şəhid olub, biri ağır olmaqla altı əsgər yaralanıb.

Movqe.az-ın Anadolu agentliyinə istinadən veridiyi məlumata görə, əməliyyatlar zamanı 17 terrorçu məhv edilib.