​Ərəb koalisiyası səhvən öz müttəfiqini bombalayıb

18 Oktyabr 2015 13:30 (UTC+04:00)

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası səhvən Yəmənin Taiz şəhərində prezident Əbd Rəbbu Mansur Hadiyə sadiq qüvvələrin yerləşdiyi düşərgəni bombalayıb.

Movqe.az  "RİA Novosti"yə istinadən məlumat verir ki, nəticədə 30 əsgər həlak olub.

"Koalisiya səhv hədəfi bombalayıb ", - deyə hakimiyyət nümayəndələrindən biri bildirib.