Merkel: “Rusiya etibarlı qaz təchizatçısıdır”

18 Oktyabr 2015 16:00 (UTC+04:00)

Rusiya təbii qazın etibarlı təchizatçısıdır.

Movqe.az-ın "TASS"a istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın kansleriAngela Merkel deyib.

"Biz çox şadıq ki, Ukrayna üçün qaz tədarükü ilə bağlı qış paketi üzrə məsələlərin həll olunub. Almaniyanın təbii qaza digər çıxışları da var. Lakin, ümumiyyətlə və bütövlükdə Rusiya bu vaxtadək özünü etibarlı qaz təchizatçısı kimi göstərib", deyə kansler qeyd edib.