Latviya Rusiya ilə sərhəddə 90 km uzunluğunda hasar tikməyi planlaşdırır

18 Oktyabr 2015 17:00 (UTC+04:00)

Latviya qanunsuz miqrasiya ilə mübarizə məqsədilə Rusiya ilə sərhəddə 90 km uzunluğunda hasar ucaltmağı planlaşdırır.

Movqe.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin DİN rəhbəri Rixard Kozlovskis bildirib.

Onun sözlərinə görə, həmçinin Rusiya ilə sərhəd boyu müşahidə kameraları və sensor sistemləri quraşdırılacaq. "Bu Rusiya və Latviya arasında "Çin səddi"nin ucaldılması üçün yox, qanunsuz miqrantların axınını məhdudlaşdırmaq məqsədilə edilir", deyə Rixard Kozlovskis bildirib.