Xatirə İslamın oğlu əməliyyat olunacaq

18 Oktyabr 2015 21:00 (UTC+04:00)

Müğənni Xatirə İslam 2 yaşlı oğlu Emillə birlikdə İrana gedib.


Movqe.az-ın məlumatına görə, ifaçı bu haqda sosial şəbəkədə yazıb:


"Ana sənə qurban, balamın balaca ürəyini əməliyyata yazdılar. Allah özü bütün balaları qorusun. İnşallah, amin. Narahat olub, mənə yazan insanlara, tanıdığım sənət dostlarıma təşəkkür edirəm. Övladımda anadangəlmə ürək dəliyi var. Tehrana müayinəyə gətirdik, tez bir zamanda əməliyyat etdirin dedilər. Düşünüm, həkimi seçib, qərar verim".