Misirdə parlament seçkilərində yeddi siyasi koalisiya iştirak edəcək

18 Oktyabr 2015 23:00 (UTC+04:00)

Ölkənin parlamentsiz həyatından üç il sonra Misirdə bu bazar və bazar ertəsi qanunverici məclisə seçkilərdə səsvermələrin birinci turu keçiriləcək. Nümayəndələr Palatasına iki mərhələdə – oktyabrın 18-19-da ölkənin 14 əyalətində və noyabrın 22-23-də qalan 13 regionda keçiriləcək seçkilərdə yeddi siyasi koalisiya iştirak edəcək. Onlar dörd coğrafi dairədə deputat mandatı uğrunda mübarizə aparacaqlar. Parlamentin birbaşa səsvermə yolu ilə 568 üzvü olacaq. Onlardan 448-i müstəqil, 120-si partiya siyahısı üzrə deputatlar olacaq. Bundan başqa, deputatların 5 faizi ölkənin prezidenti tərəfindən təyin ediləcək. Parlamentin səlahiyyət müddəti 5 ildir.

Ölkənin xaricində seçki oktyabrın 17-18-də, ikinci mərhələ çərçivəsində isə 21-22-də keçiriləcək.

Parlament seçkilərində ekspertlərin seçkiqabağı mübarizənin favoriti adlandırdığı "Misirə sevgi ilə", habelə "Misir cəbhəsi" və "Müstəqillik uğrunda hərəkat", "Misir rıtsarları", "Milli oyanış", "An-Nur", "Misirin çağırışı", "Respublika Sosial Qüvvələr Alyansı" koalisiyaları iştirak edirlər.