Neymar: "Barcelonada ən yaxşı oyunumu keçirdim"

19 Oktyabr 2015 00:00 (UTC+04:00)

La Liganın 8-ci turunda "Barcelona" "Rayo Valyekano"nu 5-2 hesbı ilə məğlubiyyətə uğradıb.

Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə, Neymar poker etdiyi oyundan sonra qələbə ilə bağlı fikirlərini bölüşüb:"Rayo'ya qarşı sərt bir matç oldu, lakin biz yaxşı oynadıq. "Barca"da ən yaxşı oyunlarımdan biri bu idi. Penaltiləri Claudio (qapıçı), Jordi və Marc ilə birgə məşq etmişik".

Xatırladaq ki, bu Neymarın "Barcelona"-nın heyətində meydana çıxdığı 101 matçda 60-cı qolu olub. 2004-cü ildə Júlio Baptista'nın bir oyunda vurduğu 4 qoldan sonra, Neymar bu nəticəni təkrarlayan ilk Braziliyalı oyunçudu.