Atəşkəs elan edildi, amma qarşıdurmaların arası kəsilmədi

17 Oktyabr 2012 17:52 (UTC+04:00)
Movqe.Az bildirir ki, "Qurban bayramı müddətində atəşkəs" çağırışına Əsəd rejimi ilə müxaliflərdən gələn müsbət cavablar qarşıdurmaların sürətini kəsməyib. Əsəd gücləri, iki gündür İdlib və ora yaxın əraziləri bombalamaqda davam edir. Partlayışlardan sonra şəhər xarabaya dönüb. Hələbdə isə müxaliflər bir döyüş təyyarəsini vuraraq yerə endirib. Təyyarənin qəzası kamerela da qeyd edilib. Şam, Dera, Hama və Xumusdan da şiddət xəbərləri gəlməkdə davam edir. Beynəlxalq ictimaiyyətin Əsəd rejiminə reaksiyaları isə dayanmır. Son reaksiya, Fransa xarici işlər nazirindən gəlib. Fransanın təşəbbüsü ilə təşkil edilən və suriyalı müxaliflərə ediləcək yardımlar haqqında danışılan yığıncaq zamanı Fransa xarici işlər naziri Laurent Fabius, Suriya rəhbərliyini müxaliflərə qarşı kasset döyüş sursatı istifadə etməsində günahlandırıb.