Paytaxtda iki yanğın hadisəsi baş verib

19 Oktyabr 2015 10:50 (UTC+04:00)

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli 16 mənzilli kommunal tipli evin 2-ci mərtəbəsində vətəndaşa məxsus evin bir hissəsi yanıb.


Movqe.az Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, mənzilin digər hissəsi isə yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Daha bir yanğın hadisəsi isə Bakı şəhəri, Sabunçu rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzildə yanğın baş verib.


Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 23:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.