Türkiyədə tanınmış müğənni intihar edib

19 Oktyabr 2015 11:00 (UTC+04:00)

Türkiyədə tanınmış müğənni intihar edib.

Movqe.az-ıın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Ankaralı Namık" ləqəbi ilə məşhurlaşan Namiq Uğurlu özünü 7-ci mərtəbədən ataraq, öldürüb. Müğənninin son zamanlar maddi çətinlik çəkdiyi, bu səbəbdən depressiyaya düşdüyü bildirilir.

Uşaq yaşlarında saz çalmağı öyrənən, kazinolarda çıxış edən "Ankaralı Namık" onlarla mahnının müəllifidir.