Suriyada 40 İŞİD silahlısı məhv edilib

19 Oktyabr 2015 12:27 (UTC+04:00)

Suriyada İŞİD terrorçularının avtomobil karvanına endirilən hava zərbələri nəticəsində azı 40 silahlı məhv edilib.

Movqe.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı məlumat yayıb.

Aviazərbələrin dünən axşam Hama əyalətində endirildiyi bildirilir. Hücum nəticəsində 16 avtomobilin hamısı məhv edilib.

Təşkilatın rəhbəri Rami Abdel Rahman aviazərbələrin Rusiya, yoxsa Suriya ordusu tərəfindən həyata keçirildiyi barədə dəqiq məlumatlar olmadığını bildirib. "Lakin bu təyyarələr rəsmi Vaşinqtonun rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus deyil", - deyə o əlavə edib.

Qeyd edək ki, daha əvvəl Suriya generalı Əli Mayxub Suriya Silahlı Qüvvələrinin terrorçuların Sirmaniya qəsəbəsindəki və Tamanidəki məntəqələrini məhv etdikləri barədə məlumat yayıb.