Ekologiya Nazirliyindən əhaliyə xəbərdarlıq

15 Aprel 2012 19:19 (UTC+04:00)
Ekologiya Təbii Sərvətlər Nazirliyi aprelin 10-da Qəbələdə baş verən meşə yanğını ilə bağlı məlumat yayıb. Rayonun Tövlə Bələdiyyəsinin 1,5 - 2 hektar ərazisində yanğın hadisəsi baş verib.

Küləkli hava şəraiti olduğundan yanğın Qəbələ Meşə Mühafizəsi Bərpası Müəssisəsinin Zarağan meşəbəyliyinin 19-cu kvartalının 24- bölməsinə keçmiş meşə fonduna məxsus, ümumilikdə 0,47 hektar ərazidəki quru ot örtüyü kollar yanıb. Yanğın nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib.

Yanğının baş verməsinə səbəb yoldan keçən avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olub.

Günorta saatlarında başlayan yanğın Ekologiya Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları yerli əhalinin birgə səyləri nəticəsində gecə saat 23:20- tam söndürülüb.

Ekologiya Təbii Sərvətlər Nazirliyi havaların istiləşməsi ilə əlaqədar əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə Azərbaycan xalqının milli sərvəti olan meşə yaşıllıqları qorumağa çağırır.