"Qəbələ" dünya klubları arasında 10-cu pillədə

19 Oktyabr 2015 13:40 (UTC+04:00)

Milli çempionatlarda ən uzun qollu seriyaya imza atan klubların siyahısı açıqlanıb.

Movqe.az Goal.az-a istinadən məlumat verir ki, planetin ən məhsuldar klubları arasında Azərbaycan təmsilçisi, ardıcıl 21 qarşılaşmadı meydanı qolsuz tərk etməyən "Qəbələ" də yer alıb. Qriqorçukun yetirmələri Fransanın PSJ klubu ilə eyni göstəriciyə malik olmaqla 10-cu yerə şəriklik edir.

Hər iki klub olkə çempionatlarının ardıcıl 22 qarşılaşmasında qol sevinci yaşayan "Barselona"nın bir addımlığında yer alıb. Siyahıya 43 turluq nəticə ilə Özbəkistan "Paxtakor"u başçılıq edir. 2-ci pillədə qərarlaşan Hollandiya PSV-sinin göstəricisi 36 oyundur. 3-cü yerdə 34 qarşılaşmada meydanı qolsuz tərk etməyən Lüksemburq təmsilçisi "Fola"dır.

"Qəbələ"nin qol vurmadığı sonuncu oyun "Simurq"la səfər qarşılaşmasına təsadüf edib. 0:2 hesabı ilə uduzduqdan sonra "qırmızı-qaralar" ardıcıl 21 dəfə meydanı qolsuz tərk etməyib.