Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, yağış yağacaq

19 Oktyabr 2015 14:05 (UTC+04:00)

Oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 11-14, gündüz 15-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə mülayim-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.