Kıvanç Tatlıtuğ "Tarzan" olacaq

19 Oktyabr 2015 16:30 (UTC+04:00)

Türkiyə-ABŞ istehsalı yeni film çəkilir.

Movqe.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, prodüser Kunt Kıvança filmdə məşhur "Tarzan" obrazını canlandırmaq üçün təklif göndərildiyini deyib:


"Kıvanç indiyə qədər çəkilmiş ən yaraşıqlı Tarzan olacaq. O, hazırda ssenarini oxuyur".


Tatlıtuğ təklifi qəbul edərsə, çəkilişlər üçün Afrikaya gedəcək. Prodüser filmdə "Tarzan"ın sevgilisinin kim olacağına K.Tatlıtuğun qərar verəcəyini açıqlayıb.