"Liverpool" rəhbərliyi ilə birbaşa ünsiyyətim heç vaxt olmayıb"

19 Oktyabr 2015 19:45 (UTC+04:00)

"Real"ın keçmiş baş məşqçisi Karlo Ançelotti "Liverpool"la danışıqlar aparmasını təkzib edib. Movqe.az Goal.az-a istinadən məlumat verir ki, italyan mütəxəsis bunları deyib:

"Liverpool"la təmasım olmayıb. Hər hansı klubda məşqçi istefası reallaşan kimi işsiz məşqçilərin adı hallanır. Amma "Liverpool" rəhbərliyi ilə birbaşa ünsiyyətim heç vaxt olmayıb. Klub karyerama davam etmək istəyirəm. Hər gün çalışmaq xoşuma gəlir. Millidə çalışmaq daha məhduddur. Belə işdə həzz aldığım gündəlik fəaliyyət yoxdur".