​Türkiyədə vurulan Pilotsuz Uçan Aparatın hansı ölkədə istehsal olunduğu açıqlanıb

19 Oktyabr 2015 18:38 (UTC+04:00)

Türkiyənin hava məkanında vurulan Pilotsuz Uçan Aparat (PUA) Rusiyada istehsal olunub.

Movqe.az TASS-a istinadən məlumat verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

O deyib ki, aparatın Bəşşar Əsəd güclərinə, kürd silahlılarına və ya başqa qüvvələrə aid olduğu istisna edilmir.

Qeyd edək ki, oktyabrın 16-da Türkiyənin Hərbi Hava Qüvvələri ölkənin hava məkanında hansı ölkəyə məxsus olduğu bilinməyən PUA vurublar. Məlumata görə, PUA Türkiyənin Kilis bölgəsinin Deliosman kəndinə düşüb.

Xəbərdə bildirilib ki, bu hava qurğusu terrorçu PKK-nın Suriyadakı qolu "PYD"nin ("Demokratik Birlik Partiyası") nəzarəti altında olan ərazidən Türkiyə sərhədinə keçib.