"Şiddətli" sevgidə irəliləyiş yoxdur - FOTOLAR

17 Oktyabr 2012 20:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, dünya şöhrətli müğənni Rihanna ikinci dəfə "Vogue" jurnalının üz qabığına çəkilib. Jurnal üçün tanınmış fotoqraf  Enni Leibovitzə poza verən məşhur R&B müğənnisi, adı dava qalmaqalıyla xatırlanan köhnə sevgilisi Kris Brounla əlaqədar maraqlı müsahibə verib. Bir vaxtlar keçmiş sevgilisi ilə barışan və keçən günlərdə bir gecə klubunda birlikdə görünən müğənni, "Münasibətimizdə hər hansı bir irəliləyiş yoxdur. Kənardan baxanlar mənim gördüklərimi görmür" deyib.