İşığın, qazın qiyməti artırılacaqmı? Nazirdən açıqlama

20 Oktyabr 2015 11:18 (UTC+04:00)

"Azərbaycanda enerji tariflərinin artırılması ilə bağlı yayılan xəbərlər şayiədir".

Bunu energetika naziri Natiq Əliyev bildirib. "Tariflər artırılmayacaq. Biz heç vaxt enerji tarifləri məsələsinə baxmamışıq. Heç Tarif Şurası da baxmayıb. Ona görə də, kimsə bunu seçkilərdən öncə ortaya atmaqla bundan istifadə etmək istəyir", - deyə nazir bildirib.