ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı dekabrın 3-4-də Belqradda keçiriləcək

20 Oktyabr 2015 11:51 (UTC+04:00)

ATƏT Xarici İşlər Nazirləri Şurasının 22-ci toplantısı dekabrın3-4-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Movqe.az-ın qurumun saytına istinadən verdiyi xəbərə görə, toplantı ATƏT-in hazırkı sədri İvitsa Daçiçin təklifi dəvəti əsasında baş tutacaq.

Qeyd edək ki, Nazirlər Şurası ATƏT-in əsas qərarverici və idarəetmə orqanıdır.ATƏT-ə üzv 57 ölkənin xarici işlər nazirləri arasında hər il keçirilən toplantıda ötən il ərzində təşkilatın fəaliyyəti qiymətləndirilir və təhlükəsizlik məsələləri üzrə istiqamətlər müəyyənləşdirir.