Dünya bazarında qızıl 4 dollardan çox ucuzlaşıb

20 Oktyabr 2015 12:42 (UTC+04:00)

Amerika fond bazarında Dow Jones indeksi 0,08% - 17 230,54 bəndədək, S&P 500 0,03% - 2 033,66 bəndədək, NASDAQ 18,79% - 4 905,47 bəndədək artıb.

Movqe.az-ın məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 25,71% - 6 352,33 bəndədək azalıb, Fransa CAC-40-ı 0,03% - 4 704,07 bəndədək, Almaniya DAX-ı isə 0,59% - 10 164,31 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 4,20 dollar azalaraq 1 168,60 dollara, gümüş isə 0,03 dollar azalaraq 15,81 dollara satılıb.