Tahir Budaqov: "Tədricən ölkələr arasında metodikalar və hesablama qaydası unifikasiya olunmalıdır"

20 Oktyabr 2015 13:33 (UTC+04:00)

"Xarici ticarətlə bağlı statistik məlumatları bizə mərkəzləşdirilmiş qaydada Dövlət Gömrük Komitəsi verir. Yəni, Dövlət Statistika Komitəsi bu istiqamətdəhər hansı müşahidə aparmır". Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

T.Budaqov xarici ticarət əlaqələrilə bağlı statistik göstəricilərin ölkələr arasında fərqli olmasının səbəbinin metodika ilə əlaqədar olduğunu deyib:"Bu məsələ bütün ölkələrdə mövcuddur. Bu fərq metodika ilə əlaqədar ola bilər. Bəzi ölkələrdə tranzit yüklər qeydə alınmır, bəzi ölkələr isə onu qeydə alır. Amma hər halda bu məsələ BMT-nin Statistika Komissiyasının və MDB-nin Statistika Komitəsinin diqqətindədir. Tədricən ölkələr arasında metodikalar və hesablama qaydası unifikasiya olunmalıdır".