Nazir: "Seçkilərə kölgə salmaq istəyənlər öz niyyətlərinə çata bilməyəcəklər"

20 Oktyabr 2015 13:38 (UTC+04:00)

"Azərbaycn gənci aktivliyi ilə seçilir. Ölkədə 300-dən artıq gənclər təşkikatı var. Nazirlik olaraq, biz onlara dəstək veririk"

Movqe.az-ın məlumatına görə, bunu Prezident Administrasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə parlament seçkilərində gənclərin iştirakı ilə bağlı gənclər təşkilatları ilə keçirilən görüşdə gənclər idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, gənclərin seçki prosesində iştirakı vacib məsələdir: "Azərbaycanda seçkilər tam demokratik keçirilir. Keçirilən seçkilərə bəzən kölgə salmağa çalışırlar. Buna çalışanlar öz niyyətlərinə çata bilməyəcələr. Çünki Azərbaycanda hər kəsə bərabər şərait yaradılır".

A.Rəhimov deyib ki, Azərbaycanda keçirilən bütün tədbirlərdə gənclər aktivlik nümayiş etdirirlər: "İstər seçki prosesi, istərsə də beynəlxalq tədbirlərdə gənclər fəallıq göstərirlər. Biz də nazirlik olaraq gənclərə dəstək veririk, bundan sonrada belə olacaq.