Dövlət sifarişi ilə tikilən obyektlərin qiymətləndirmə prinsipi dəyişir

15 Aprel 2012 19:21 (UTC+04:00)
Azərbaycanda dövlət sifarişi ilə tikilən obyektlərin qiymətləndirmə prinsipi dəyişəcək. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Tikinti Şəhərsalma Məcəlləsi layihəsi üzrə keçirilən ictimai dinləmələr zamanı bildirib. Dinləmələr Amerika Ticarət Palatası, Azərbaycan Hüquqşünasları Konfederasiyası, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilir.

"Yeni prinsipə əsasən, qiymətləndirmə indi edildiyi kimi 1991-ci ilin baza qiymətləri əsasında deyil, tikintinin başlaması dövründəki qiymətlər əsasında həyata keçiriləcək", - Əsədov deyib. Onun sözlərinə görə, bu çox çevik prinsipdir onun tətbiqinin başlanması 2013- ildən gözlənilir.

"Biz bu gün ancaq dövlət büdcəsi hesabına maliyyələşdirilən obyektlərin tikintisinin qiymətləndirilməsini tələb edirik. Qurumu digər mənbələrdən maliyyələşdirilən obyektlərin tikintisinin qiymətləndirilməsi maraqlandırmır. Bu, bina tikən investor arasındakı müqavilə əsasında həyata keçirilir biz investorlardan qiymətləndirmə haqqında heç bir sənəd tələb etmirik", - o qeyd edib.